<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 İlahi, Sənə minnatdaram,gözlərimi dünyaya açdın,
 İndi mən xoşbəxt bir insanam, Yaradanımı tanıdım.

[C1]
   Sən mənim parlaq ulduzumsan,
   Düşmərəm uzaqlara Səndən.
   Sən həyatıma çıraqsan,
   Güc alıram Sənin sevgindən.

[V2]
 İman edib gözləyirəm sevdiyim İsa Məsihi,
 Rəblə olmaq istəyirəm, itirmirəm ümidimi.

[V3]
 Mən xoşbəxtəm bu dünyada, çünki indi mənim İsam var,
 Günahlarım bağışlanıb, Rəblə Əbədi həyatım var.

[V4]
 Allahım, Sən nə gözəlsən, şöhrət, izzət tək Sənindir,
 İnsan sevən, rəhmlisən, hikmət, bilik tək Səndədir.</lyrics>
<title>İlahi, Sənə minnatdaram, İL47</title>
<hymn_number>47</hymn_number>
</song>